Bakıda dörd yeni avtobus marşrutu açılacaq

16:59 - 16.11.2017


16 noyabr, Fineko/abc.az. Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında danışıqlar aparılır.

MİDA-nin aparat rəhbəri Anar Quliyev deyib ki, danışıqlar, inşa edilən Yasamal Yaşayış Kompleksi yönündə marşrutların açılışı üzrə aparılır.

“Nail olunmuş razılığa əsasən, kompleks istiqamətində fəaliyyət göstərəcək dörd marşrut açılacaq, irəlidə isə onların sayı artırılacaq”, - A.Quliyev belə deyib.

Yasamal Yaşayış Kompleksini MİDA sakinlərə gələn ilin yay aylarında təhvil verməyi planlaşdırır.

 

Bütün xəbərlər