2018-ci ildə Azərbaycandan Rusiyaya gəlmə turizm üzrə səfərlər artıb

10.12.2018,09:47


10 dekabr, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018-ci ildə Rusiyaya gəlmə turizm ölkələri reytinqini təqdim edib.

Agentliyin verdiyi məlumata görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycandan Rusiyaya turizm səfərlərinin sayı 665 min təşkil edib ki, bu da ötən ilin göstəricisindən 1,5% çoxdur.

2018-ci ildə Rusiyaya gəlmə turizm, əsasən kruiz turizmi və 2018-ci ilin  futbol üzrə Dünya Kuboku zamanı Asiya və Amerikadan gələn turistlər sayəsində artıb.

“2018-ci ildə Rusiyaya gəlmə turizm səfərlərinin sayının mütləq artması iləüzrə Çin və Cənubi Koreya ilk iki yerə sahib oldu.  Çindən gələn turların sayı ötən ilin ilk 9 ayı ilə müqayisədə 170 min, Cənubi Koreyadan isə 2017-ci ildə qeyd olunan göstəricidən 85 min daha çox səfər təşkil edib”, - agentliyin məlumatında belə deyilir.