Azərbaycan neftinin qiyməti düşdü

10:02 - 12.12.2018


12 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,21 dollar və  yaxud 0,33% düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,52 dollar təşkil edir.

 “NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  0,65 dollar (1,27%) qalxaraq bir barelə 51,65 dollar təşkil etmişdir.  

Çərşənbə axşamı keçirilən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,23 dollar (0,38%) artaraq bir barelə 60,20 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər