330x110
 

Azərbaycan ümummilli lider Heydər Əliyevin xatirəsini yad edir

12.12.2018,12:56


12 dekabr, Fineko/abc.az. Müasir müstəqil Azərbaycan dövlətinin yaradıcısı, dünya miqyaslı xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin ölümündən 15 il keçdi.

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdilər.

Parlament üzvləri, nazirlər, komitələr, şirkətlər və qurumların rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Səhər saatlarında başlayaraq, insanlar ümummilli liderin xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlirlər. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin xatirəsini yad etmək istəyənlər arasında hərbi xidmətçilər, təhsil, mədəniyyət, tibb müəssisələrinin nümayəndələri, müharibə və əmək veteranları, müxtəlif peşə sahibləri, tələbələr və şagirdlər və s. vardır.

Bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimlər təkcə Bakıda deyil, Azərbaycanın bütün bölgələrində, eləcə də xaricdə keçirilir.