AMB 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirdi

09:22 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.

BFB-in məlumatında deyilir ki, 12 dekabr  tarixində AMB 50100872S dövlət nömrəli, 250 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.

12 investordan 499 299,1 min manat məbləğində 21 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli  notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.

Mərkəzi Bankın qərarına əsasən,  kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 250 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.

Notların ödəmə tarixi: 9 yanvar  2019-cu il.

 

Bütün xəbərlər