Azərbaycan neftinin qiyməti yüksəldi

09:51 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,49 dollar və yaxud 0,78% artıb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 63,01 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  0,50 dollar  (0,97%) enərək bir barelə 51,15 dollar təşkil etmişdir.  

“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində   “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  0,05 dollar (0,08%) enərək bir barelə 60,15 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər