2019-cu ildə Azərbaycanda fermerlər daha 10 milyon manat güzəştli kredit alacaqlar

13.12.2018,15:25


13 dekabr, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə fermerlərə güzəştli şərtlərlə kredit vermək niyyətindədir.

Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin rəhbəri Mirzə Əliyevin sözlərinə görə, ilin sonunadək dövlət xidməti xətti ilə 10 milyon manat məbləğində kredit ayrılması planlaşdırılır.

“Dövlət xidmətləri vasitəsilə kreditlərin maliyyələşdirilməsi may ayında başlamışdır. 2019-cu ildə isə kənd təsərrüfatı kreditlərinin verilməsi davam etdiriləcək və biz fermerlərə daha 10 milyon manat həcmində kredit verməyi planlaşdırırıq ki, bu da həmçinin kreditlərin  cari ildə qaytarılması ilə təmin olunacaq”, - deyə M. Əliyev bildirib.