İlham Əliyev: Azərbaycanda turist axınının artmasını təmin etmək üçün ciddi işlər aparılır

15:26 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev turistlərin cəlb edilməsi üçün Bakının mərkəzində Formula-1 yarışlarının keçirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycan prezidenti deyib ki, ölkəmizə turistlərin axını davam edir.

«Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 11 ayında 6 faizdən çox artmışdır. Düzdür, əvvəlki illərə nisbətdə artım bir qədər aşağıdır, ancaq biz bilməliyik ki, baza artır. Yəni, hər il bundan sonrakı ildə bu yüksək artımı əldə etmək daha çətin olacaq. Ancaq bu istiqamətdə də çox ciddi işlər aparılır”, - dövlət başçısı bunu deyib.

 

Bütün xəbərlər