BP: 2019-cu ildə “Azəri-Çıraq-Günəşli”dən hasilat artımı planlaşdırılmır

15:51 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yatağından hasilat həcmi 2018-ci ilin  səviyyəsində qalacaq.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, gələn ildə yataqdan  hasilat artımı planlaşdırılmır.

"Hətta enmə mümkündür, amma biz, hasilatın cari ilin səviyyəsində saxlanmağa çalışacağıq”, - deyə B. Aslanbəyli bildirib.

Onun sözlərinə görə, 2019-cu il üçün "Azəri-Çıraq-Günəşli" üzrə iş planı təsdiqlənmişdir ki, bu da ikinci rübdə Mərkəzi Azəri platformalarında və oktyabr ayında Qərbi Çıraqda profilaktika işlərinin aparılmasını nəzərdə tutur.

 

Bütün xəbərlər