OPEK noyabr ayında neft hasilatını gündə 11 min barelə endirdi

16:02 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Noyabr ayında OPEK neft hasilatını, oktyabr ayı ilə müqayisədə, gündə 11 min barel azaldaraq, gündə 32,965 milyon barelə çatdırıb.

Təşkilatın dekabr hesabatına görə, neft hasilatı  Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində və Küveytdə daha çox yüksəldi, İran, Venesuela, Nigeriya və İraqda isə  azaldı.

“Noyabrda İranda neft hasilatı gündə 380 min barel azalaraq gündə 2,954 milyon barrelə, Venesuelada gündə 52 min barel azalaraq, gündə 1,137 milyon barel, Nigeryada gündə 30 min barel azalaraq gündə 1,736 milyon barel, İraqda gündə 23 min barel azalaraq gündə 4,631 milyon barelə qədər təşkil etmişdir. Səudiyyə Ərəbistanı noyabr ayında oktyabr ayı ilə müqayisədə,  neft hasilatını gündə 377 min barrel artıraraq, gündə 11,016 milyon barelə çatdırmışdır. Noyabr ayında BƏƏ-də neft hasilatını gündə 71 min barel artıraraq, gündə 3,246 milyon barelə çatdırmışdır, Küveytdə gündə 45 min barel artıraraq, gündə 2,809 milyon barelə qədər çatdırmışdır”.

 

Bütün xəbərlər