Azərbaycan Frankfurt, Dubay, Ər-Riyad, Pekin, Mumbay və Moskvada turizmin təşviqi üzrə ofislər açıb

16:18 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Azərbaycan xaricdə turizm potensialının təbliğatını genişləndirir.

Dövlət Turizm Agentliyi məlumat verir ki, “Travel Consul Agency Network Worldwide” şirkəti dünyanın altı ölkəsində Azərbaycanın rəsmi nümayəndəsi oldu.

“Azərbaycanın turizm potensialının təbliğatı, “Travel Consul Agency Network Worldwide” şirkətinin nümayəndəlikləri vasitəsilə dünyanın altı ölkəsində,  xüsusilə,  Frankfurt (Lieb Management & Beteiligungs GmbH), Dubay (Gulf Reps Ltd), Ər-Riyad (Gulf Reps Ltd), Pekin (Brand story Inc Pte Ltd), Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində aparılacaq”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, nümayəndəliklər Azərbaycanın turizm potensialının təbliği, marketinq araşdırmaları, hesabatların hazırlanması, təbliğat materiallarının hazırlanması və yayımlanması, təlimlərin keçirilməsi və s. kimi istiqamətlər üzrə fəaliyyət göstərəcəklər.

 

Bütün xəbərlər