330x110
 

Rusiya Xarici İşlər Nazirliyi Qətərin OPEC-dən çıxmaq qərarını şərh etdi

13.12.2018,16:32


13 dekabr, Fineko/abc.az. Qətərin OPEC-dən çıxmaq qərarı Rusiyanın  neft hasil edən tərəfdaşlarla əməkdaşlığının intensivliyinə təsir göstərməyəcək.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, 57 il OPEC-in  üzvü olan Qətər, təşkilatdan çıxmaq qərarını  açıqladı.

“Təşkilatın fəal üzvü olaraq, Qətər Vyana Sazişinin müvəffəqiyyətinə əhəmiyyətli tövhə verərək, monitorinq komitəsində mühüm rol oynadı, biz bu səylərə yüksək qiymətləndiririk və Qətəra minnətdarlığımızı bildiririk. Qətər rəhbərliyinin OPEC-dən çəkilmə qərarlarının Rusiyanın  neft hasil edən tərəfdaşlarla əməkdaşlığının intensivliyinə təsir göstərməyəcəyinə əminik,”, - M.Zaxarova belə deyib.

Onun sözlərinə görə, Rusiya OPEC ölkələri ilə fəal əməkdaşlıq edir. OPEK + Sazişinin iki il ərzində əhəmiyyətli nəticələr əldə olundu, təklif və tələbin kritiki balansı azaldı.

“Bəyannamə iştirakçıları neft bazarının sağlamlaşdırılmasına, onun sabitliyinə və proqnozlaşdırılmasına yönəlmiş səyləri davam etdirməyə qərar verdilər”, - deyə M.Zaxarova bildirib.

O, əlavə edib ki, Rusiya enerji sahəsində Qətərlə qarşılıqlı faydalı sıx əməkdaşlıq edir və onun sözlərinə görə, bu əməkdaşlıq uğurla inkişaf edəcəkdir.