Amec Foster Wheeler Azərbaycana neftlə çirklənmiş əraziləri təmizləməyə kömək edir

17:40 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Britaniya neft xidmət şirkəti “Amec Foster Wheeler” Azərbaycanda neftlə çirklənmiş ərazilərin təmizlənməsi prosesində iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, şirkət neft və digər maddələrlə çirklənmiş torpaqların inventarlaşdırılması və qiymətləndirilməsi üçün məsləhətçi qismində cəlb olunub.

“Görüş zamanı tərəflər neft və digər maddələrlə çirklənmiş əraziləri müzakirə ediblər”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər