Avropa Mərkəzi Bankı baza dərəcəsini sıfır səviyyəsində saxladı

17:46 - 13.12.2018


13 dekabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının (ECB) İdarə heyəti, cümə axşamı keçirilən iclasda  baza faiz dərəcəsini rekord 0% səviyyəsində saxladı və bu ilin sonuna qədər aktivlərin satın alma proqramının sona çatacağını təsdiq etdi.

Bankın məlumatında deyilir ki, depozit üzrə dərəcə mənfi 0,4 faiz səviyyəsində saxlanılıb, marja dərəcəsi 0,25 faiz səviyyəsində qalıb. Beləliklə, tənzimləyicinin qərarları mütəxəssislərin proqnozlarına uyğun gəlmişdir.

Avropa Mərkəzi Bankı, ən azı 2019-cu ilin yay aylarının  sonuna qədər dərəcələrin mövcud səviyyələrdə qalmasını gözləyir.

Bu ilin oktyabr ayından etibarən tənzimləyici aktivlərin satın alma sürətini ayda 30 milyard avrodan 15 milyard avroya endirdi. Proqram 2018-ci ilin dekabr ayında başa çatacaq.

 

Bütün xəbərlər