Azərbaycan neftinin qiyməti endi

09:38 - 14.12.2018


14 dekabr, Fineko/abc.az. “Azəri Light” markalı xam neftin 1 barelinin qiyməti 0,82 dollar və  yaxud 1,3% düşüb.

Hazırda “Azəri Light” markalı neftin bir barelinin qiyməti 62,19 dollar təşkil edir.

“NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  1,43 dollar (2,8%) yüksələrək bir barelə 52,58 dollar təşkil etmişdir.  

“ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində   “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  1,30 dollar (2,16%) artaraq bir barelə 61,45 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər