Xələf Xələfov Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub

11:20 - 14.12.2018


14 dekabr, Fineko/abc.az. Xələf Xələfov Azərbaycan Nazirlər Kabineti Aparatının rəhbəri təyin olunub.

Bu təyinat haqqında sərəncamı Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov imzalayıb.

Azərbaycan prezidenti İlham Əliyev dünən xarici işlər nazirinin müavini Xələf Xələfovun vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Bütün xəbərlər