Azərbaycan və Qara Dəniz Ticarət və İnkişaf Bankı 2019-2022-ci illər üzrə əməkdaşlıq strategiyasını müzakirə etdilər

12:44 - 14.12.2018


14 dekabr, Fineko/abc.az. Azərbaycan Maliyyə naziri Samir Şərifov Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) yeni prezidentini qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, Pankin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlib.

“Görüş zamanı  Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və daha da genişləndirilməsi, bankın 2019-2022-ci illər üzrə Orta müddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub”, - məlumatda belə deyilir.

QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb. Hazırda Bankın nizamnamə kapitalı 3,45 mlrd., səhm kapitalı isə 2,3 mlrd. avro təşkil edir. Səhm kapitalında Azərbaycan 5 % paya malikdir. Bank fəaliyyətə başlayandan bugünədək Azərbaycanda özəl sektora 34 layihə üzrə cəmi 339 milyon avro məbləğində kredit ayırmışdır.

 

Bütün xəbərlər