Sergey Lavrov: Qara dəniz bölgəsində vəziyyət deqradasiya edib

14.12.2018,15:37


14 dekabr, Fineko/abc.az. Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında çıxış edib.

Nazirin sözlərinə görə, 25 il müddətində mövcudluğu, QDİƏT, tələb olunan bir regional platforma olaraq reallaşmışdır.

“Onun gələcək uğuru bizim qarşılıqlı əlaqəmizi nə qədər  praqmatik qura biləcəyimizə bağlıdır. Təəssüf ki, Qara dəniz regionunda vəziyyət son vaxtlarda deqradasiya edib. Bu tendensiyanı geriyə qaytarmaq və Qara dəniz regionunu sülh, sabitlik və rifah zonasına çevirmək üçün çalışmaq vacibdir. Əminik ki, təşkilat siyasi döyüşlər, ələlxüsus da mübahisələr üçün arenaya çevrilməməlidir. QDİƏT müəyyən bir iqtisadi profilə malikdir və onun statusuna hörmət edilməlidir. Bu, QDİƏT-in inteqrasiya əlaqələrinin inkişafına yardım etmək qabiliyyətinin təminatıdır”, - deyə nazir bildirib.