“Şahdağ” turizm mərkəzi qış mövsümünün başlanmasını elan etdi

11:15 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycanda ilk qış-yay turizm mərkəzi olan  “Şahdağ” Qış-Yay Turizm Kompleksi növbəti qış mövsümünə hazırlaşır.

Mərkəzdən verilən məlumata əsasən, qış mövsümünün açılışı dekabrın 16-da keçiriləcək.

2012-ci ildən fəaliyyət göstərən “Şahdağ” turizm mərkəzi, Qusar şəhərindən 25 kilometr kənarda yerləşir. Qış mövsümü ərzində bütün səviyyələrin xizəkçiləri üçün 13 dağ xizək yolu təqdim edilir. Xüsusi müasir avadanlığın sayəsində meyllərdə bütün mövsüm ərzində qarın lazımi səviyyəsi saxlanılır. İstirahətin digər qış idman növlərindən qar xizəklərində sürüşmə, tübinq, kanat yolu və uşaqlar üçün qış parkı mövcuddur.

 

Bütün xəbərlər