330x110
 

İlham Əliyev hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib

17.12.2018,13:11


17 dekabr, Fineko/abc.az.  Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Bakının Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib.

Müdafiə  naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezidentə raport verdilər.

Dövlət başçısı mənzillərdə yaradılan şəraitlə tanış oldu.