Xırdalanda yaşayış binalarının əsaslı təmirinə 3 milyon manat ayrılıb

11:34 - 17.11.2017


17 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmirinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 23 binanın təmiri üçün Azərbaycan prezidentinin ehtiyat fondundan 3 milyon manat  ayrılacaq.

Azərbaycan Maliyyə Nazirliyinə bu sərəncamı maliyyələşdirmək tapşırılıb.

 

Bütün xəbərlər