BP Azərbaycan hökuməti ilə bioenerji potensialının birgə öyrənilməsi barədə razılığa gəldi

16:24 - 18.12.2018


18 dekabr, Fineko/abc.az.  Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanların öyrənilməsi haqqında Anlaşma Memorandumu  imzaladılar.

Nazirliyin məlumatında deyilənə əsasən, memorandum bərpa olunan enerji mənbələri sahəsində normativ hüquqi bazanın formalaşdırılmasına başladığını kontekstində imzalanıb.

“Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər  bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki,  BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz  bərpa olunan enerji  sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”, - imzalanma zamanı Energetika naziri Pərviz Şahbazov bunu deyib.

Öz növbəsində, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib ki, şirkət,  ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı öyrənmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırdır və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyir.

 

Bütün xəbərlər