“Zolotaya Korona” pul köçürmələri indi Azərbaycan banklarının kartlarına hesablana bilər

14:00 - 19.12.2018


19 dekabr, Fineko/abc.az. “Zolotaya Korona” Azərbaycanda beynəlxalq pul köçürmələri alıcılarına yeni xidmət təklif etdi.

Şirkətin məlumatında deyilir ki, artıq “Zolotaya Korona”dan  "Pul köçürmələri" mobil tətbiqini istifadə edərək, göndərilən vəsaitlərin bank kartına köçürülməsi yolu ilə almaq mümkün olacaq.

"Biz Azərbaycanda “Zolotaya Korona” xidmətlərinin inkişafında yeni bir mərhələyə - müasir rəqəmli platformada etibarlı xidmətin təmin edilməsinə keçirik ki, müştərilərimizə köçürməni almaq üçün seçim olsun – ya  banka getsin, ya da smartfonuna mobil proqramı yükləməklə onlayn xidmətə üstünlük versin”- deyə “Zolotaya Korona – Pul Köçürmələri” xidmətinin direktoru İvan Sitnov bildirib.

Onun sözlərinə görə, xaricdən Azərbaycana göndərilən pul köçürmələrini, alıcı Azərbaycan banklarının hər hansı bir bankı tərəfindən verilən Visa və Mastercard beynəlxalq ödəniş sistemlərininin bank kartlarına köçürə biləcək. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır. Layihə “Expressbank” ASC ilə birgə “Zolotaya Korona” tərəfindən həyata keçirilmişdir.

 

Bütün xəbərlər