Məmməd Musayev yenidən 2023-cü ilədək Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti seçilib

16:25 - 19.12.2018


19 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  (ASK) bu gün V qurultayını keçirdi.

Qurultay zamanı açıq səsvermə yolu ilə qarşıdakı 4 il üzrə ASK prezidenti seçkiləri keçirildi.

Səsvermənin nəticələrinə görə, hazırkı prezident Məmməd Musayev yenidən ASK-nın prezidenti seçilib.

 

Bütün xəbərlər