Novruz Məmmədov ARDNF-in 2019-cu il üçün büdcə layihəsini bəyənib və təsdiqlənməsi üçün prezidentə təqdim etməyi tapşırıb

16:55 - 19.12.2018


19 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.

ARDNF-in məlumatına görə, iclas Baş nazir Novruz Məmmədovun sədrliyi ilə keçirilib.

“İclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub. Büdcənin gəlirləri 15,450,1 milyon manat, xərcləri 11,595,2 milyon manat, o cümlədən Fondun idarə edilməsi xərcləri 30,9 milyon manat nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, müşahidə şurası həmçinin Fondun vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə olunması qaydalarına düzəlişləri təsdiqləyib və büdcə və qaydalar layihəsinin təsdiq edilməsi üçün Hesablama Palatasının rəyi ilə yanaşı, prezidentə təqdim edilməsini təklif edib.

 

Bütün xəbərlər