SOCAR -Türkiyə və BP şirkətləri Türkiyədə yeni neft-kimya müəssisəsinin yaradılmasına dair razılığa gəldilər

16:14 - 20.12.2018


20 dekabr, Fineko/abc.az. SOCAR-Türkiyə və BP Türkiyədə birgə neft-kimya müəssisəsinin  yaradılması ilə bağlı razılaşma imzalayıblar.

BP-dən  verilən xəbərə əsasən, müəssisə, STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksinin yerləşdiyi  Aliağada,  Xüsusi Sənaye Zonasında yerləşəcək.

“Müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, tərəflər, 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi planlaşdırır.

 

Bütün xəbərlər