Neftin qiyməti azaldı

10:06 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,68 dollar və yaxud 4,53% azalıb.

Hazırda “Azeri Light” markalı neftin bir barelinin qiyməti 56,52 dollar təşkil edir.

 “NYMEX” birjasında keçirilən ötən ticarətin nəticəsində  “WTI” markalı neftin yanvar ayının fyuçers qiyməti  2,29 dollar (4,75%) düşərək bir barelə 45,88 dollar təşkil etmişdir.  

 “ICE” birjasında keçirilən ötən ticarətin nəticəsində   “Brent” markalı neftin fevral ayının fyuçers qiyməti  2,89 (5,05%) düşərək bir barelə 54,35 dollar təşkil etmişdir.

 

Bütün xəbərlər