330x110
 

Həştərxandakı Azərbaycan logistika mübadilə mərkəzi ilin sonunadək ilk yükü qəbul edəcək

21.12.2018,13:31


21 dekabr, Fineko/abc.az. Həştərxanda, Azərbaycanın KDY Logistics şirkətinin Rusiyanın Dəmir Yolları ilə birgə yaradılacaq,  Azərbaycan, İran və Türkiyədən Rusiyaya meyvə və tərəvəzlərin tədarükü üçün nəzərdə tutulan dəmir yolu logistika mərkəzi bu ilin sonuna qədər ilk yükləri qəbul edəcək.

Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri əvəzi Denis Afanasyev bildirib ki, Azərbaycanın  KDY Logistics şirkəti  layihənin hazırlıq mərhələsini praktiki olaraq, tamamladı.

“Biz ilin sonunadək dəmir yolu ilə ilk partiyaların gəlməsini gözləyirik. Azərbaycan, Türkiyə və İranla razılaşdırmalar baş tutdu. İndi çatdırılma həcmlərin artması başlanır - 2019-cu ilin sonuna qədər onlar üç ölkədən - İran, Türkiyə və Azərbaycandan təxminən 1 milyon ton məhsul alınmalıdır”, - deyə D.Afanasyev bildirib.

Onun sözlərinə görə, indi Türkiyə, İran və Azərbaycan meyvə və tərəvəzləri əsasən dəniz yolu ilə Rusiyaya çatdırılır. Eyni zamanda, məhsulun keyfiyyəti nəmlənməməsi səbəbindən pisləşir. Xüsusi dəmiryol nəqliyyatı ilə nəql olunanda bu problem həll ediləcəkdir. Layihənin həyata keçirilməsi bölgədə təxminən 3 min iş yerinin açılmasına səbəb olacaq.

Dəmir yolu logistika mərkəzi, təxminən 50 hektar ərazidə yerləşən "Kutum" stansiyası (Həştərxan) ərazisində yaradılır, dəmir yolu xətlərinin yenidən qurulması həyata keçirilib. Mərkəzin üstünlüyü məhsulların daşınmasında və çatdırılma müddətlərinin azaldılmasında qənaətə səbəb olacaqdır ki, bu da tezkorlanan məhsullar (tərəvəz və meyvələr) üçün xüsusi əhəmiyyət daşıyır.