Azərbaycan 2019-cu ilin yanvar ayından başlayaraq neft hasilatını azaldacaq

17:43 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. Azərbaycan 2019-cu ilin ayından başlayaraq OPEC+ müqaviləsi çərçivəsində neft hasilatını azaldacaq.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan 2018-ci ilin sentyabr ayının hasilat  səviyyəsinin göstəricisindən hasilatı 20 min barelə qədər azaldacaq.

2018-ci ilin sentyabr ayında ölkədə gündəlik neft hasilatı 796 min barel təşkil edib. Azərbaycan bu rəqəmi 2019-cu ildən etibarən sutkada 776 min barelə endirməyi öhdəsinə götürüb.

 

Bütün xəbərlər