Eldar Əzizov “Şahdağ” Turizm Mərkəzinin keçmiş rəhbərini işə götürdü

12:21 - 24.12.2018


24 dekabr, Fineko/abc.az. Rüstəm Nəcəfov “Şahdağ” Turizm Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən istefa verib.
Turizm bazarındakı bir mənbə, Fineko/abc.az-a bildirib ki, mərkəzin İdarə Heyətinin yeni sədri vəzifəsinə, əvvəllər  tanınmış otellər şəbəkəsində  yüksək vəzifələrdə çalışmış Almaniya vətəndaşı Rodderix Mark təyin olunub.
“Rüstəm Nəcəfov hazırda Bakı şəhəri İcra Hakimiyyətində çalışır”, - mənbə bunu deyib.
 Mənbə, R. Nəcəfovun çalışdığı vəzifəni açıqlamayıb.

Bütün xəbərlər