Putin telefonda Əliyevi ad günü münasibətilə təbrik etdi

16:07 - 24.12.2018


24 dekabr, Fineko/abc.az.  Rusiya Dövlət Başçısı Vladimir Putin İlham Əliyevi  doğum günü münasibətilə təbrik edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Telefon söhbəti ikitərəfli gündəmdə olan bəzi aktual məsələlərə toxunuldu”, - məlumatda belə deyilir.

Öz növbəsində, Azərbaycan dövlət başçısının mətbuat xidmətinin rəhbəri qeyd edib ki, İlham Əliyev Putinə təbriklərə görə təşəkkür edib. 

“Söhbət zamanı qeyd edilmişdir ki, 2018-ci il Azərbaycan-Rusiya münasibətlərinin tarixində son dərəcə səmərəli keçmiş, dövlət başçılarının qarşılıqlı səfərləri, beynəlxalq tədbirlər çərçivəsində çoxsaylı əlaqələr əlaqələri  daha da yüksək səviyyədə  qaldırmışdır. Prezidentlər ikitərəfli münasibətlərdə müsbət dinamikanın olacağına əmin olduğunu bildirdilər”, -  Əliyevin mətbuat xidmətindən  bunu bildiriblər.

Bütün xəbərlər