İlham Əliyev və Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də aparılan işlərlə tanış oldular

16:52 - 24.12.2018


24 dekabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  “Bakı Ağ Şəhər” “Bakı Ağ Şəhər-2” və “Bakıxanov” yarımstansiyalarının və Birinci Fəvvarə küçəsinin  açılışında iştirak ediblər.

Həmçinin, İlham Əliyev və Mehriban Əliyeva “Ağ Şəhər” piyada körpüsünün və Zaman meydanının təməlqoyma mərasimində iştirak etdilər, inşası bitməkdə olan Fəvvarələr Meydanı parkı ilə tanış oldular.

İlk olaraq prezident “Bakı Ağ şəhər – 2” yarımstansiyasının açılışında iştirak etdi.
Aparılan işlərlə tanış olandan sonra isə İ.Əliyev tapşırıq və tövsiyələr verdi.

Bütün xəbərlər