İlin son hərracında 12 dövlət əmlakına 24 sifariş verildi

12:42 - 25.12.2018


25 dekabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 25 dekabr tarixində keçirildi. 2018-ci ilin son hərracına 12 dövlət əmlakı üzrə 24 sifariş qəbul edilmişdir. Belə ki, bu dəfə 1 kiçik dövlət müəssisəsi və 4 nəqliyyat vasitəsi hərracda rəqabət yaratdı.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 8 yanvar tarixində keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb.

Bütün xəbərlər