Azərbaycan və Rusiya Qafqazda vahid xizək klasteri yarada bilərlər

25.12.2018,16:09


25 dekabr, Fineko/abc.az. Qafqazda təkcə Şimali Qafqaz Federal Dairəsinin deyil, həm də Azərbaycanın  da kurortları daxil olacaq vahid dağ-xizək klasteri yaradıla bilər.

“Şimali Qafqaz Kurortları” SC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə şirkətin baş direktorunun müavini Rüstəm Tapayev iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasından sonra bildirib.

“Artıq, dünyada turizm sənayesində bu cür əməkdaşlığın nümunələri var. Məsələn, Tirolda, dağ-xizək klasterinin Avstriya tərəfindən İşql kurortu, İsveçrə tərəfindən isə Samnaun kurortu işləyir. Turistlər vahid bir xizək bölgəsinin dağlarına çıxıb, müxtəlif ölkələrin kurortlarına enmək imkanına malikdirlər.

Belə bir variant gələcəkdə və Qafqazda müzakirə etmək maraqlı olardı, turistlərin iqtisadi səmərəliliyi və potensial tələblərini sübuta yetirərək, bunu, Azərbaycan tərəfdaşları ilə həyata keçirmək olardı”, - deyə “Şimali Qafqaz Kurortları”nın nümayəndəsi Tapayev vurğulayıb.

Məlumatda həmçinin qeyd olunub ki, “ŞQK” şirkəti, Azərbaycandakı həmkarları ilə əməkdaşlıqda böyük potensialı Xəzər dənizyanı klasterin inkişafında, həmçinin Xəzər dənizində dəniz gəzintiləri də daxil olmaqla, müxtəlif turizm marşrutlarının təşkil ediləcəyində də görür.