Azərbaycanda vergi yoxlamaları üç dəfə azalıb

16:16 - 25.12.2018


25 dekabr, Fineko/abc.az. Azərbaycanda səyyar vergi yoxlamalarının sayı üç dəfə azalıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərovun verdiyi məlumata görə, il ərzində 1400 sahə üzrə vergi yoxlaması keçirilmişdir ki, bu da hər 300 vergi ödəyicisi üçün bir yoxlamaya bərabərdir.

2021-ci ilin yanvar ayınadək Azərbaycanda biznes yoxlamalarına dair moratorium qüvvədədir, lakin onlar 120 min manatdan çox illik dövriyyəsi olan şirkətlərin vergi yoxlamalarına şamil olunmur.

 

Bütün xəbərlər