Azərbaycan aqrar məhsullarına vergi güzəştlərində milyardlar itirib

25.12.2018,17:29


25 dekabr, Fineko/abc.az. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri 1999-cu ildən tətbiq olunur.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, kənd təsərrüfatı sektorunda bu günə qədər tətbiq olunan güzəştlər milyardlarla manat təşkil edir.

“Lakin güzəştlər növbəti beş il ərzində tətbiq olunacaq”, -  nazir müavini bunu deyib.

1999-cu ildən etibarən Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisindən başqa bütün vergilərdən azaddırlar.