17:55 - 25.12.2018
25 dekabr, Fineko/abc.az. Halal standartlarına əsasən kosmetika məhsullarının istehsalını həyata keçirən Qaraçay-Çerkesiyanın “Pure Production” şirkəti 2019-cu ildə Azərbaycana məhsulların tədarükü haqqında müqavilə imzalayıb.
Qaraçay-Çerkesiya Sahibkarlığa Dəstək Mərkəzinin rəhbəri Artur Ezajv bildirib ki, müqavilənin dəyəri 500 min dollar təşkil edir.
“Azərbaycana məhsulların tədarükünü 2019-cu ildə başlayacağıq”, - deyə şirkətin baş direktoru Denis Brem bildirib.
“Pure Production” Qaraçay-Çerkesiyada halal kosmetika məhsullarının yeganə istehsalçısıdır. Şirkət ilk dəfə 2017-ci ilin noyabr ayında öz məhsullarını respublika bazarına çıxartdı və hazırda onun məhsulları 43 addadır. Kosmetikanın xüsusiyyətlərindən biri, onun heyvanlar üzərində sınaqdan keçirilməməsindən ibarətdir.
5 İyun 2023
5 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
5 İyun 2023
5 İyun 2023