İlham Əliyev: İqtisadiyyatımızın inkişafı həmişə neft-qaz sektoru tərəfindən dəstəklənəcək

26.12.2018,12:57


26 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev ölkənin iqtisadi artımını təmin edən əsas şərtləri sadalayıb.

Prezident İlham Əliyevin sözlərinə görə, neft sektoru qiymət dəyişmələrinə məruz qalır, həmçinin neft hasilatında da müəyyən artım və ya azalmaya məruz qalır.

“Azərbaycan OPEC + proqramının fəal iştirakçısıdır və biz bütün ölkələrlə həmrəylik göstərmək üçün bu yaxında hasilatın azalması üzrə əlavə öhdəliklər götürdük. Bu amillərə əsasən biz qeyri-neft iqtisadiyyatına və qeyri-neft sənayesinə daha çox diqqət yetiririk. 11 ayın nəticələrinə görə qeyri-neft sənayesinin artımını 9%-dən çox olmuşdur. Bu, sənayeləşmə proqramının, qeyri-neft sektorunun inkişafının, kiçik və orta müəssisələrin, fermerlərin əlverişli şəraitinin yaradılmasının nəticəsidir. İqtisadiyyatımızı gələcək inkişafı həmişə neft-qaz sektoru tərəfindən dəstəklənəcəkdir, lakin davamlı inkişaf sənaye, kənd təsərrüfatı, yüksək texnologiyalarla  bağlı olacaq”, - deyə dövlət başçısı bildirib.