Azərbaycan və Rusiya 2019-cu ildə əməkdaşlığın inkişafına dair planları müəyyən etdilər

13:14 - 26.12.2018


26 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə əməkdaşlığın səviyyəsini qiymətləndirdi.

Prezident İlham Əliyevin dediyi kimi, münasibətlər çox dinamik inkişaf, sabitlik, öngörülülüklə xarakterizə olunur. Biz yaxşı qonşu və etibarlı dostuq.

“Həm Azərbaycan investorları, həm də Rusiya investorları ölkələrimizin iqtisadiyyatlarına sərmayə yatırırlar. Ticarət dövriyyəsinin artırılması, birgə müəssisələrin yaradılması üçün güzəştli şərait yaradılır. Rusiya bankları yüz milyonlarla dollarlıq böyük miqdarda Azərbaycanda əhəmiyyətli sənaye layihələrini maliyyələşdirir. Bu, bizim əlaqələrimizin göstəricisidir və həmçinin, Azərbaycanın, bankların pul itirməkdən qorxmadıqları ölkə olmasının göstərcisidir. Biz bütün öhdəliklərimizə həmişə cavabdehdirik”, - deyə İ.Əliyev bildirib.

Onun sözlərinə görə, 2019-cu ilə dair planlar müəyyənləşdirilib. İkitərəfli ticarətə birgə nəqliyyat təşəbbüsləri ciddi təkan verəcəkdir. Şimal-Cənub layihəsi artıq həyata keçirilir.

“Yalnız bu il biz Azərbaycan vasitəsilə Rusiyadan və Rusiyaya tranzitində on dəfə artım görürük, o cümlədən bizim yük göndəricilərimiz bu nəqliyyat arteriyasını fəal şəkildə istifadə edirlər”, - prezident belə deyib.

 

Bütün xəbərlər