Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi, beynəlxalq arenada öz rolunu artıracaq

13:28 - 26.12.2018


26 dekabr, Fineko/abc.az. Gələn il Azərbaycan Qoşulmama Hərəkatı təşkilatına rəhbərlik edəcək.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki,  Azərbaycanın, Avrasiya İttifaqına üzv ölkələrin mütləq əksəriyyəti ilə yaxın dostluq münasibətləri, o cümlədən ticarət-iqtisadi sahədə sıx əlaqələri vardır.

“Sərbəst ticarət haqqında müqavilələr mövcuddur, əlbətdə ki, bizim əsas ticarət və iqtisadi tərəfdaşımız Rusiya Federasiyasıdır.  Sərbəst ticarət formatı da var,  buna görə də, əməkdaşlıq potensialını artıracağıq. Bu mərhələdə bu əməkdaşlıq daha çox ikitərəfli, bəzən üçtərəfli, lakin daha geniş olmayan xarakter  daşıyır. Gələn il  hadisələrin necə inkişaf edəcəyini vaxt və konkret nəticələr göstərəcəkdir. Ancaq əlbəttə ki, Qoşulmama Hərəkatını idarə edən bir ölkə olaraq, biz beynəlxalq arenada rolunu artıracağıq və əlbəttə ki, Azərbaycanın tərəfdaşları olan ölkələrə bizə göstərdikləri eyni dəstəyi də onlara göstərməyi çalışacağıq”, - deyə İ.Əliyev vurğulayıb.

 

Bütün xəbərlər