Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 9,75% səviyyəsində saxladı

15:44 - 26.12.2018


26 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin səviyyəsinin qorunub saxlanıldığını elan etdi.

Mərkəzi Bank məlumat verir ki, bankın idarə heyəti faiz dərəcəsini 9,75% səviyyəsində saxlamağa qərar verib.

“Faiz dəhlizin yuxarı və aşağı hədləri +/- 2%, yəni yuxarı hədd 11,75%, aşağı hədd isə 7,75% təşkil edir”, - deyə E.Rüstəmov bildirib.

Məlumatda  bildirilib ki, qərar bu gün saat 14:00-da qüvvəyə minib.

“Dərəcələrin  9,75% səviyyəsində saxlanması, xarici bazarlarda qeyri-müəyyənliklə izah olunur. Gələcəkdə pul siyasətinin reaksiyası inflyasiya və davamlılığın dinamikasına bağlı olacaq”, - məlumatda belə deyilir.

Azərbaycan Mərkəzi Bankı oktyabrın 30-da uçot  dərəcəsini 10%-dən 9,75%-ə, fevralın 12-də isə 15%-dən 13%-ə endirdi. 9 apreldə dərəcə 13%-dən 11%-dək azalıb. Bankın 14 iyun tarixli qərarı ilə uçot dərəcəsi 11%-dən 10%-ə endirildi. Avqustun 1-də bank 10% səviyyəsində saxlamağa qərar verdi.

 

Bütün xəbərlər