Azərbaycan Milli Depozit Mərkəzinin üç nəfərdən ibarət rəhbərliyinin yeni tərkibi təsdiqləndi

13:05 - 27.12.2018


27 dekabr, Fineko/abc.az. Milli Depozit Mərkəzinin (MDM) rəhbərliyində dəyişikliklər baş verib.

MDM-nın məlumatına görə, müşahidə şurasının qərarı ilə yeni tərkib təsdiqlənib: İdarə Heyətinin sədri - Araz Əliyev, İdarə Heyətinin sədr müavini - Müşfiq Əhmədli, İdarə Heyətinin üzvü - Leyla Qaralova.

Daha öncə Mərkəzin heyəti dörd nəfərdən ibarət olmuşdur.

 

Bütün xəbərlər