2018-ci ildə Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb

16:45 - 27.12.2018


27 dekabr, Fineko/abc.az. 2018-ci ildə Energetika Nazirliyi tərəfindən həyata keçirilən 4 xidmət tam elektronlaşıb və nazirliyin “Elektron xidmətlər” portalında yerləşdirilib.

Bura "İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu”, “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri daxildir.  

Bütün xəbərlər