Azərbaycanın bank sektorunun cəmi aktivləri 29,8 milyard manat təşkil edib

16:48 - 28.12.2018


28 dekabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin on bir ayında bank sektorunun statistikasını açıqladı.

MBNP-nin məlumatında deyilir ki, 30 noyabr 2018-ci il tarixinə Azərbaycanın bank sisteminin aktivləri 29,827 milyon manat təşkil edib.

“30 noyabr tarixinə kredit portfeli 12,172 milyon manat, öhdəliklər 25,579 milyon manat, bank sektorunun kapitalizasiyası 4,247 milyon manat təşkil edib”, - məlumatda belə deyilir.

Hesabat dövründə ölkədə fəaliyyət göstərən 30 bankın 508 filialı və 141 şöbəsi olub.

 

Bütün xəbərlər