Bu gün Azərbaycan Respublikasının Parlamentində 2017-ci ilin payız sessiyası açılıb

13:13 - 2.10.2017


Bu gün Azərbaycan Parlamentində  2017-ci ilin növbəti payız sessiyası açılıb.

Açılışda parlamentin spikeri Oqtay Əsədov bildirib ki, Azərbaycan Parlamentinin yaz sessiyasının 14 iclasında 268 qanun və qərar qəbul edilmişdir.

Parlamentin spikeri qeyd edib: “Yaz sessiyası gedişatında həmçinin beynəlxalq münasibətlərin genişləndirilməsi üzrə işlər həyata keçirilmişdir.  Azərbaycan Parlamenti 10 beynəlxalq parlament assambleyasında üzv olmaqdadır və onların hər birində  aktiv fəaliyyət göstərir”.

Spikerin sözlərinə görə, bu gün parlamentin payız sessiyası başlanır, sessiyaya dair artıq 15 komitədə qəbul edilmiş və plenar iclasda müzakirə üçün tövsiyə olunmuş iş planı təsdiq edilmişdir.

“Payız sessiyası gedişatında həmçinin bir sıra qanunvericilik paketi, o cümlədən, büdcə qanun layihələri paketi müzakirə olunacaq”, - deyərək, parlamentin spikeri Oqtay Əsədov bildirib.

Bütün xəbərlər