Azərbaycan gömrükçüləri qızıl sikkələrin qeyri-qanuni gətirilməsinin qarşısını aldılar

12:21 - 3.01.2019


3 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları “Xanoba” gömrük postunda ölkəyə qızıl sikkələrin qanunsuz gətirilməsinin  qarşısını aldılar.

DGK-nin məlumatında deyilir ki,  Azərbaycan vətəndaşı  əynindəki gödəkçənin ciblərində 54 ədəd, ümumilikdə 549 qram qızıl sikkələr keçirməyə cəhd edib.

Fakt üzrə araşdırma aparılır.

 

Bütün xəbərlər