ARDNF 2019-cu ildə “AÇG” və “Şahdəniz” yataqlarından mənfəət nefti və qazdan 7,7 milyard dollar alacaq

15:09 - 3.01.2019


3 yanvar, Fineko/abc.az. Bu il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-“Günəşli” və “Şahdəniz” yataqlarından hasil olunan mənfəət neftindən 7,734 milyard dollar əldə edəcək.

Azərbaycan Hesablama Palatasının neft fondunun 2019-cu il üçün büdcə layihəsi üzrə yekunlarına əsasən, onlardan,790 milyard dollar “Azəri-Çıraq-Günəşli” yatağından mənfəət neftinin satışından əldə olunacaq.

“Şahdəniz” yatağından mənfəət qazının satışından daha 944 milyon dollar əldə olunacaq”, -  rəydə belə deyildi.

ARDNF-nin proqnozlarına görə, 2019-cu ildə mənfəət neft və qazın satışından 7,775 milyard dollar və ya 13,218 milyard manat gəlir əldə ediləcək.

 

Bütün xəbərlər