Dövlət Reklam Agentliyi “ASAN ödəniş” sisteminə inteqrasiya edildi

17:18 - 3.01.2019


3 yanvar, Fineko/abc.az. Artıq sahibkarlar Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqqı ödənişlərini “ASAN ödəniş” sistemi vasitəsi ilə həyata keçirə bilərlər.

Müvafiq ödənişləri www.asanpay.az portalı və “e-Manat” terminalları vasitəsilə də etmək mümkündür.

Dövlət Reklam Agentliyi üzrə rüsum və yayım haqlarının ödənişi yaxın gələcəkdə mərhələli şəkildə bütün ödəniş portalları və terminallarından həyata keçiriləcək.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi Azərbaycan Prezidentinin 11 fevral 2014-cü il tarixli 110 nömrəli Fərmanına əsasən yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 6 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 120 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, www.e-gov.az portalı eləcə də, sistemə qoşulmuş digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

 

Bütün xəbərlər