Trampın hakimiyyəti zamanı ABŞ-ın dövlət borcu tarixi maksimuma çatdı

10:47 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. Donald Trampın hakimiyyəti dövründə ABŞ-ın dövlət borcu 2 trilyon dollar artaraq son 70 ildə maksimuma çatdı.

2018-ci ilin sonında dövlət borcu 21,974 trilyon dollar təşkil edib. Tramp 2017-ci ilin əvvəlində vəzifəyə gəldikdə, bu rəqəm 2 trilyon dollardan daha az idi. ABŞ Konqresinin Büdcə İdarəsinin hesabına əsasən, dövlət borcu 1950-ci ildən bəri ən yüksək göstərici olmaqla, ölkənin ÜDM-nin 78%-ni təşkil edir.

Konqresin proqnozuna görə, vəziyyət dəyişməsə, 2028-ci ilə qədər borcun həcmi ÜDM-in 96%-nə çatacaq. Borcun böyük hissəsi 20%-ə endirilmiş korporativ vergi dərəcəsinin rekord səviyyədə aşağı olması səbəbindən yaranacaq.

Ağ Evin İqtisadi Məsləhətçilər Şurasının sədri Kevin Hassett, Trampın dövlət borcunun artması ilə “tamamilə narahat” olduğunu söylədi. Prezident hər bir nazirlikdən, büdcəni 5% azaltmağı tələb etdi.

2016-cı ildəki seçkiqabağı kampaniyası əsnasında Tramp, səkkiz il ərzində dövlət borcundan qurtulmağı vəd etmişdi. Borcun həcmi həqiqətən 2017-ci ilin əvvəlində azalmağa başlamış, lakin vergi qanunvericiliyində dəyişikliklər nəticəsində yenidən artmağa başlamışdır.

 

Bütün xəbərlər