Peterhof dünyanın ən yaxşı 10 muzeyi sırasındadır

15:48 - 4.01.2019


4 yanvar, Fineko/abc.az. “TurStat” analitik agentliyi 2018-ci ildə dünyanın ən məşhur turizm muzeylərinin reytinqini təqdim etdi.

Dünyanın ən məşhur muzeyləri Sankt-Peterburq, London, Paris, Pekin və Nyu-Yorkda yerləşir.

Peterhofu keçən il 5 milyon, Luvru isə 10 milyon nəfər ziyarət edib.

“TurStat”ın məlumatına görə, turistlər arasında məşhur olan ən yaxşı on muzey sırasına Parisdə Luvr, Pekində Çin Milli Muzeyi, Nyu-Yorkdakı Metropolitan Muzeyi, Britaniya Muzeyi, Londonda “Tate Modern” Milli Qalereya və Müasir İncəsənət Qalereyası, Vaşinqtonda Milli İncəsənət Qalereyası , Sankt Peterburqdakı Peterhof, Vatikan Muzeyləri və Taybeydə İmperator Sarayının Muzeyi daxildir.

Muzeylərin reytinqi onlara ziyarətlərin təhlilinin nəticələri  əsasında aparılıb.

 

Bütün xəbərlər